Şahin Diniyev: "Müəyyən çatışmazlıq var"

Azərbaycan Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda "Kəpəz” səfərdə "Neftçi” ilə üz-üzə gəldi.

Newsport.az-ın məlumatına görə,qarşılaşma 0-0 hesablı bərbabərliklə başa çatdı. Oyundan sonra "Kəpəz"in baş məşqçisi Şahin Diniyev qarşılaşma haqqında fikirlərini bildirib: "Gərgin oyun alındı. Biz Premyer Liqaya layiq şəkildə oynamağa çalışdıq. "Neftçi” oturuşmuş heyətə malikdir. "Kəpəz” isə yeni formalaşıb. Müəyyən çatışmazlıq var ki, onları aradan qaldırmalıyıq. Mən çalışdım ki, əvəzetmələrin hesabına oyununun ritmini qoruyum. Tamaşaçılara minnətdaram. Həm "Neftçi”, həm də "Kəpəz” azarkeşləri bu gün necə dəstək olmaq lazım olduğunu  göstərdilər. Şəhriyar Əliyev bu gün qırmızı vərəqəni komandaya kömək etmək istəyərkən aldı. Mən oyundan çıxan zaman onun əlini sıxdım. Oyunu itirmək olar, futbolçunu yox.  Şəhriyar qəsdən heç bir şey eləmədi. Futbolçu qırmızı vərəqə alarkən pis durumda olur. Onun üzərinə getmək olmaz”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right