İlk qolunu 187-ci oyunda vurdu

Misli Premyer Liqasının VII turu “Sabah”ın futbolçusu Elvin Camalov üçün ilklə əlamətdar olub. Yarımmüdafiəçi ölkə çempionatlarında özünün ilk qolunu vurub.
 
O, “Turan Tovuz”la qarşılaşmada (3:1) penaltini qola çevirib. Camalov Premyer Liqadakı ilk qolunu özünün 187-ci oyununda vurub. O, ölkə çempionatlarının 30 illik tarixində qol hesabını ən gec açan futbolçu olub. İndiyədək heç bir oyunçu ilk topunu bu qədər gözləməyib.
 
Qeyd edək ki, debütü 2013/14 mövsümündə “Qəbələ”də gerçəkləşən Camalov bu klubda 111, “Zirə”də 43, “Sabah”da 33 dəfə meydana çıxıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right