“Mövsümə qələbə ilə başlamaq istəyirdik. Amma alınmadı”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Əliyev “Kəpəz”la oyundan (0:0) sonra keçirdiyi mətbuat konfransında deyib.
Gənc çalışdırıcı komandada problemlərin olduğunu qeyd edib: “Kəpəz” daha istəkli idi. Heç-heçə ədalətli nəticədir. Müəyyən boşluqlar vardı. Problemlərimiz çoxdur. Bəzi oyunçular məsuliyyət dərk etməlidirlər”.