“Premyer Liqada ilk oyunumuza çıxdıq. İlk qarşılaşmalar çətin olur. Biz çox ağır oyun keçirdik”.
Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Adil Şükürov AZAL-a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
Premyer Liqada debüt edən komandanın baş məşqçisi hələ ki, çatışmazlıqların olduğunu bildirib:
“Düzdür, təlim-məşq toplanışında olmuşduq. Amma istənilən halda ilk oyun çətin alındı. Çatışmazlıqlar var. Bunu aradan qaldırmalıyıq. Qələbə münasibətilə klubumuzu təbrik edirəm”.(pfl.az)