"Bunları aradan götürdükdən sonra daha yaxşı, əzəmətli "Kəpəz" görəcəksiniz"

"Bu qələbəni şəhidlərimizə və sentyabrın 20-də anım günü olan Adil Məmmədova həsr edirik".

 

Newsport.az-ın məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov Qəbələdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra mətbuat konfransında deyib.

 

51 yaşlı mütəxəssis bildirib ki, bu qələbə onlara hava-su kimi lazım idi: "Komanda 6 turda məğlub olmuşdu və bu, psixoloji cəhətdən böyük problem idi. Hesabda geriyə düşsək də, intizamı saxladıq. Futbolçularıma təşəkkür düşür. Geridönüş etdilər. Bu qələbə əlavə motivasiya verəcək. Komanda hələ istədiyim səviyyədə deyil. Çatışmazlıqlar və fiziki problemlər var. Bunları aradan götürdükdən sonra daha yaxşı, əzəmətli "Kəpəz" görəcəksiniz".

Onun sözlərinə görə, həyatda təsadüf yoxdur, hər şey zərurətdən irəli gəlir: "Kamran İbrahimov ciddi zədə alıb. Orxan Sadıqlının Premyer Liqa təcrübəsi var. Onun keyfiyyətinə bələdəm. Komandaya gəlişi "Kəpəz" üçün əlavə məsuliyyətdir. Qələbədə əməyi olan hər kəsə təşəkkür edirəm. Hər dəstək, uğur futbolçu üçün önəmlidir".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right