"Şamaxı"nın zədəlisi komandaya qoşuldu

"Şamaxı" Azərbaycan Premyer Liqasının 7-ci turunda "Kəpəz"in qonağı olacaq.

Newsport.az xəbər verir ki, bölgə təmsilçisi bu görüşə bir itki ilə çıxacaq. Əməliyyat olunan hücumçu Amil Yunanov komandasına kömək edə bilməyəcək.

Müdafiəçi Rauf Hüseynli isə zədəsini sağaldıb və komandaya qoşulub. 22 yaşlı futbolçu "Kəpəz"lə matçda meydana çıxa biləcək.

Qeyd edək ki, "Kəpəz" - "Şamaxı" qarşılaşması bu gün saat 18:00-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right