“Zirə”də çıxış edən futbolçulara bələd idim”

“Oyunun çətin keçəcəyini bilirdik. Rəqibi tanımırdım. Sadəcə, ötən il AZAL-da oynayıb, indi “Zirə”də çıxış edən futbolçulara bələd idim”.

Newsport.az-ın məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Zirə”yə məğlub olduqları oyundan (0:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

O, məğlub olmalarına baxmayaraq gələcəkdə daha yaxşı çıxış edəcəklərinə inandığını bildirib:  “Düşünürəm ki, iki fərqli hissə izlədik. İkinci hissədə qol epizodları yaratdıq.  Lakin məğlub olduq. İlk turda uduzmaq xoşagələn hal deyil. Buna baxmayaraq, oyunçularımdan razı qaldım. Yeni komanda qurmuşuq. Düşünürəm ki, potensialımız var”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right