Yunis Hüseynov: “”İnter”i yaxşı analiz etmişdik”

“İlk növbədə  futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov Premyer Liqanın ilk turunda “İnter”ə qalib gəldikləri oyun (2:0) haqda danışarkən deyib.  

O, heyətin gənclərdən təkil olunmasına baxmayaraq komandadan razı qaldığını bildirib: “Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdur. Ancaq onlar  özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq”.(pfl.az)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right