Azərbaycan yığması Avropa birincisi oldu

Azərbaycanın gənc oğlanlardan ibarət milli komandası Praqada keçirilən gənclər arasında Avropa çempionatında medal sıralamasına görə 39 ölkə arasında birinci olub.

Newsport.az-ın məlumatına görə, bu gün qitə birinciliyində fərdi yarışlara yekun vurulub.

Fərdi yarışların sonuncu günündə idmançılarımız 1 qızıl və 1 bürünc medal əldə ediblər. Vüqar Talıbov (-90 kq) bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz İsmayıl Zamanov isə bürünc medal qazanıb.

Xatırladaq ki, daha öncə Turan Bayramov (-60 kq) gümüş, Vüsal Qələndərzadə (-73 kq) və Elcan Hacıyev (-90 kq) isə qızıl medal qazanmışdı.

Yarışın ümumi nəticəsinə görə, cüdoçularımız 3 qızıl, 1 gümüş, və 1 bürünc medal qazanaraq oğlanlar arasında birinci yeri tutublar. Azərbaycan yığması ümumi komanda hesabında isə ikinci yerə çıxıb. Birinci yeri 3 qızıl, 2 gümüş və 2 bürünc mükafatla Türkiyə tutub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right