Qurbanov irəlilədi, Regekampf gerilədi

Avrokubokların qrup mərhələsinin iki turundan sonra dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi açıqlanıb.

Newsport.az-ın məlumatına görə, siyahıda karyerasını davam etdirən 500 mütəxəssisin adı var.

Azərbaycanın siyahıdakı yeganə təmsilçisi Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1595 xalla 211-ci yerdədir. 50 yaşlı məşqçi son cədvəldəki yerini 8 pillə yaxşılaşdırıb.

Azərbaycanda çalışan əcnəbi məşqçilərdən yalnız biri ən yaxşıların siyahısına düşüb. “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf 1627 xalla 179-cudur. 

Rumıniyalı ötən siyahı ilə müqayisədə 5 xal itirib. Nəticədə o, 17 pillə geriləyib.

Siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo isə üçüncülüyü ələ keçirib – 2063 xal.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right