Azərbaycan Premyer Liqasında 7-ci turun oyunları davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə 1 matç keçirilib. "Qəbələ" "Sumqayıt"ı qəbul edib və 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.
17 sentyabr (şənbə)
19:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Ramon Maçado, 8
Qırmızı vərəqə: Rövlan Muradov, 84-birbaşa qırmızı vərəqə ("Qəbələ")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu