Mahmud Qurbanov: "Neftçi"nin qələbəsini şübhə altına almaq istəmirəm, amma..."

"Səbail"in baş məşqçisi Mahmud Qurbanov Azərbaycan Premyer Liqasının VII turunda "Neftçi"yə məğlubiyyəti şərh edib.

Newsport.az-ın məlumatına görə, o, 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

"Birinci hissədə daha istəkli idik, topa sahib olmağa çalışırdıq, alınırdı da. Mübarizələrin çoxunda qalib gəldik. İkinci hissədə əksinə oldu. Mübarizələri uduzduq, top bizdə qalmırdı. İlk qol konsentrasiyanı itirməyimizə görə oldu. Topsuz qaldıq və yorulduq. Bundan sonra toparlanmaq çətin idi. Yorğunluğa görə hücumlarımız da kəsərli alınmadı. İkinci hissədə yaxşı oynamadıq, bütün komponentlərdə "Neftçi"yə uduzduq. Hər oyunda səhvləri düzəltməyə çalışırıq. Görünür, boşluqlarımız çoxdur".

Qurbanov geridə qalan 7 tura əsasən çatışmazlıqlardan bəhs edib:

"Hır oyun qol buraxırıqsa, deməli, problem müdafiədədir. Çalışırıq, daha diqqətli olaq, kompakt oynayaq. Amma hərdən diqqətsizlikdən qol buraxırıq. "Neftçi"nin qələbəsini şübhə altına almaq istəmirəm. Amma diqqətsizlikdən qollar buraxdıq. Necə ilk hissədə oynadıq, fasilədən sonra da elə çıxış etməliydik".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right