"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Misli Premyer Liqasının VII turunda "Səbail" üzərində qələbəni şərh edib.
Newsport.az-ın məlumatına görə, o, 2:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Allah şəhidlərə rəhmət eləsin. Ailələrinə baş sağlığı verirəm. Üç xal qazanmaq çox vacib idi. Çox yaxşı oynadıq. Bütün komandalar bizimlə oyunlara aqressiv başlayırlar, bizdə də problemlər yaranır. İlk hissədə epizodları qola çevirə bilmədik. Oyundan çox razıyam”.
Rumıniyalı mütəxəssis Fərid Yusiflini ilk hissədə əvəzləməsinin səbəbini belə izah edib:
"Onu niyə əvəz etdiyimi özünə dedim. Məsələ oyunu ilə bağlı deyildi. Yaxşı çıxış edirdi. Amma sarı vərəqəsi var idi. Əvəzlənməzdən öncə də fol etmişdi. Bilirdim ki, ondan sonra qaydanı pozsaydı, qırmızı vərəqə veriləcəkdi. Gənc oyunçudur. Çox motivasiyalı başlamışdı. İki epizod mənə siqnal verdi ki, onu əvəzləyim. Amma oyunundan razıyam".