"Neftçi" və "Sabah"dan qələbə Yenilənib

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, turun açılış matçı Masazırda keçirilib. “Sabah” özü kimi mövsümə yaxşı start verən “Turan Tovuz”u qəbul edib. Dörd qolun qeydə alındığı matçda meydan sahibləri inamlı qələbəyə seviniblər.

Günün ikinci oyununda “Neftçi” “Səbail”lə qarşılaşıb. “Ağ-qaralar” da günü inamlı qələbə ilə başa vurublar.

Sabah turun bir oyunu keçiriləcək. “Qəbələ” doğma meydanda cari mövsümdə qələbəyə həsrət qalan “Sumqayıt”ı sınağa çəkəcək.

Tura sentyabrın 18-də yekun vurulacaq. Mövsümün iki uğursuz komandası – “Kəpəz”lə “Şamaxı” Qəbələdə qələbə qazanmaq üçün mübarizə aparacaq.

Turun son oyununda “Zirə” “Qarabağ”la üz-üzə gələcək. Bu matç həm də turun mərkəzi görüşüdür.

16 sentyabr (cümə)

20:30. “Səbail” – “Neftçi” - 0:2 (İkinci hissə)

Qol: Emin Mahmudov, 53, Gilyerme Pato, 83
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev

“ASCO Arena”

18:00. “Sabah” – “Turan Tovuz” - 3:1 

Qol: Davit Volkov, 15 (1:0), Con Lens Mikels, 34 (2:0), Runi Eva, 81 (2:1), Elvin Camalov, 90+6-pen (3:1)

Qırmızı vərəqə: Şakir Seyidov, 39-birbaşa qırmızı vərəqə ("Turan Tovuz")
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Bank Respublika Arena”

17 sentyabr (şənbə)

19:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Səbuhi Bayramov
Qəbələ şəhər stadionu

18 sentyabr (bazar)

18:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər:
 Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu

20:30. “Zirə” – “Qarabağ”
Hakimlər:
Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Zirə İdman Kompleksinin stadionu

 

N Klublar O Q H M T-F X
1 Sabah 7 5 1 1 16-7 16
2 Qarabağ 5 5 0 0 14-4 15
3 Neftçi 6 5 0 1 14-6 15
4 Zirə 6 3 1 2 8-8 10
5 Turan Tovuz 6 3 1 2 5-5 10
6 Qəbələ 6 3 0 3 10-7 9
7 Səbail 6 1 2 3 7-8 5
8 Sumqayıt 6 0 3 3 1-9 3
9 Şamaxı 6 0 2 4 3-11 2
10 Kəpəz 6 0 0 6 4-17 0
 

Bombardirlər:

Ramil Şeydayev ("Qarabağ") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 5 qol
Runi Eva ("Turan Tovuz") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 3 qol
Ataa Caber ("Neftçi") - 3 qol
Sertan Taşkın ("Zirə") - 3 qol

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right