"Nant"ın futbolçusu: "Qarabağ"a qarşı daha aqressiv oynamalı idik"

"Konsentrasiya ilə bağlı problem yaşadıq və bunun bədəlini ödədik".

Newsport.az-ın məlumatına görə, bunu Fransa "Nant"ının futbolçusu Samüel Mutussami Bakıda "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının G qrupunun II tur matçından sonra klubun rəsmi televiziyasına müsahibəsində deyib.

26 yaşlı yarımmüdafiəçi müdafiədə kobud səhvlərə yol verdiklərini bildirib: "Halbuki daha aqressiv və inamlı oynamalı idik. Çox buraxırıqsa və bunu həll edə bilmiriksə, deməli, həmişə belə olacaq".

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right