"Qarabağ" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Tvitter hesabında Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsində “Nant” (Fransa) üzərində qələbəsindən yazmasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, klub sosial şəbəkələri vasitəsi ilə İlham Əliyevə təşəkkür edib : "Təşəkkürlər, cənab Ali Baş Komandan!" - deyə paylaşımda bildirilib.
