Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Məsut Özil Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 71 hərbi qulluqçumuzun şəhid olması ilə bağlı paylaşımlar edib.
Newsport.az xəbər verir ki, Almaniya millisinin sabiq üzvü Azərbaycana dəstək olub.
O, paylaşımında şəhidlərə rəhmət diləyib: “Azərbaycan – Ermənistan sərhədində baş verən döyüşlərdə şəhid olan Azərbaycan əsgərlərinə Allah rəhmət diləyirəm və ailələrinə baş sağlığı verirəm”.