Almaniya klubu azərbaycanlının transferini açıqladı: "Willkommen Emin"

Əslən azərbaycanlı olan Emin Safixanovun Almaniya klubuna keçidi rəsmiləşib. 

Newsport.az xəbər verir ki, “Solingen” mətbuat xidməti vasitəsilə “Willkommen Emin” (Xoş gəldin Emin) yazaraq Səfixanovun transferini açıqlayıb.

Emin mövsüm sonuna qədər Almaniya altıncı liqasında mübarizə aparan kluba məxsus olacaq.

Sumqayıtda doğulsa da, sonradan ailəsi ilə birlikdə Ukraynaya köçək müdafiəçi bu ölkənin U-19 yığmasında da oynayıb və hazırda Ukrayna vətəndaşlığına sahibdi. Son olaraq isə o, “Podilya”da çıxış edirdi. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right