“Qarabağ” bu gün Avropa Liqasının qrup mərhələsində ikinci oyununa çıxacaq.
Newsport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Fransanın “Nant” komandası ilə üz-üzə gələcək.
Tofiq Bəhramov adına Respublika stadionununda keçiriləcək oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” ilk turda səfərdə Almaniyanın “Frayburq” komandasına 1:2 hesabı ilə uduzub. “Nant” isə doğma meydanda Yunanıstan “Olimpiakos”unu eyni hesabla məğlub edib. Qurban Qurbanovun komandası Bakıdakı görüşdə qrup mərhələsində ilk xalını qazanmağa çalışacaq.
Qrupun digər oyununda “Olimpiakos” “Frayburq”u qəbul edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi, II tur
15 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Nant" (Fransa) - 3:0 (İKİNCİ HİSSƏ)
Qol: Kvabena Ovusu, 60. Abullah Zubir, 65, Marko Yankoviç, 72
Baş hakim: Enea Yorqyi (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu