Futbol üzrə Azərbaycan 1-ci divizionunda 4-cü tura start verilib.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub. “Qarabağ”ın əvəzediciləri “Qaradağ Lökbatan”la oyunda inamlı qələbəyə seviniblər. “Şamaxı”nın ikinci komandası isə MOİK-lə görüşdən heç-heçə ilə ayrılıb.
9 qolun vurulduğu “Zaqatala”nın “Səbail-2” ilə oyununda meydan sahibləri qələbə qazanıblar. “Zirə” ilə “Turan Tovuz”un əvəzediciləri arasındakı matçda da meydan sahibləri inamlı qələbəyə seviniblər. “Araz Naxçıvan” bu dəfə səfərdə “Kəpəz”in ikinci komandasına qalib gəlib. “Mingəçevir” isə “İmişli”ni 6 cavabsız qolla üstələyib.