"Nant"ın baş məşqçisi Anutan Kombuare Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"la Bakıdakı oyundan öncə mətbuat konfransı təşkil edib.
Newsport.az xəbər verir ki, mütəxəssis sabah yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:
“Təhlükə hər zaman var. Yaxşı komanda olduğumuzu sübut etməliyik. Bunun üzərində işləyirik. Heç vaxt azarkeşin matçı qazandığını görməmişəm. "Qarabağ"ın məşhur komanda olduğunu bilirik. Onlar ölkədəki vəziyyətə görə həvəslə oynayacaqlar. Biz də yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik. Liqa 1 və Avropa Liqası arasında fərq qoymuruq".
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nant” qarşılaşması saat 20:45-də başlayacaq.