Rəşad Sadıqov şəhidin dəfn mərasimində iştirak edib

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov kimsəsizlər evində böyümüş şəhid Səbuhi Əhmədovun dəfn mərasimində iştirak edib.

Newsport.az xəbər verir ki, Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov bu gün Bakıda dəfn edilib.

Şəhid İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Valideyn himayəsindən məhrum olmuş Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right