Amil Yunanov əməliyyat olundu

“Şamaxı”nın hücumçusu Amil Yunanov əməliyyat olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçunun Türkiyənin İstanbul şəhərində əməliyyat olunduğu diqqətə çatdırılıb. Hücumçunun bərpa müddəti barədə açıqlama verilmir. Amma Amilin azı 2-3 ay yaşıl meydanlardan kənarda qalması ehtimal olunur.

Xatırladaq ki, Amil Yunanov sentyabrın 3-də keçirilən “Turan Tovuz”la ev oyununda (0:1) qapıya zərbə endirərkən qasıq nahiyəsindən zədə almışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right