"Frayburq" qapıçısı ilə müqaviləni uzadıb

"Qarabağ"ın UEFA Avropa Liqasının E qrupundakı rəqiblərindən olan Almaniya "Frayburq"u qapıçısı və vitse-kapitanı Mark Flekkenlə müqavilənin müddətini uzadıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə imzalanmış sözləşmənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Flekken 2018-ci ildən "Frayburq"da çıxış edir. Niderland millisinin üzvü indiyədək 60 rəsmi matçda Bundesliqa təmsilçisinin qapısını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right