Avropa Liqası: "Qarabağ" ilk "10-luq"da yer alıb

UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandalar açıqlanıb.

Newsport.az yarışın rəsmi tviter hesabına istinadən xəbər verir ki, "10-luq"da Azərbaycan təmsilçisi "Qarabağ" da yer alıb.

Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. "Köhlən atlar" keçirdiyi son 5 qarşılaşmanın 4-də qələbə qazanıb, 1-də isə məğlub olub.

Qeyd edək ki, "Qarabağ" sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransa "Nant"ını qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right