Yığmamızdan böyükhesablı qələbə

Macarıstanın Siofok şəhərində təşkil olunmuş Avropa Çimərlik Futbol Liqasının seçmə mərhələsində Azərbaycan milli komandası növbəti qələbəsini qazanıb.

Newsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimiz Moldova yığmasını 4:0 hesabı ilə məğlub edib. 

Ramil Əliyevin dubl etdiyi oyunda hərəyə bir dəfə Sabir Allahquliyev və Amid Nəzərov fərqlənib.

Xatırladaq ki, futbolçularımız turnirdə avqustun 7-də keçirdiyi ilk oyunda Rumıniya yığmasına 6:2 hesabı ilə qalib gəlib.

Millimizin turnirdəki növbəti rəqibi İngiltərə yığmasıdır. Avqustun 9-da keçiriləcək Azərbaycan – İngiltərə oyunu Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right