Azərbaycan Premyer Liqasının 6-cı turunun “Qarabağ”la bugünkü oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev qırmızı vərəqə alıb.
Newsport.az-ın məlumatına görə, "Qarabağ"ın lehinə təyin olunan ikinci penalti qonaqların narazılığına səbəb olub.
Aleksey İsayevin hakimdən VAR-a baxmağı tələb etdiyi vaxtda baş məşqçi Murad Musayev də hakimə çox sərt şəkildə etiraz edib. Matçın baş hakimi İnqilab Məmmədov isə rusiyalı mütəxəssisə qırmızı vərəqə verərək texniki zonadan kənarlaşdırıb.
Qeyd edək ki, oyun “Qarabağ”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.