Azərbaycan Premyer Liqasında VI turun “Qarabağ” – “Sabah” (4:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.
Newsport.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirdi...
- Uşaqlara göstərdikləri xarakterə görə təşəkkür edirəm. Oyunun böyük hissəsində azlıqda idik. Bu rəqibə qarşı oynamaq çətindir. Sona qədər oyun intizamını qorumağa çalışdıq.
- Hakimliklə bağlı nə deyə bilərsiz?
- Oyuna yenidən baxmaq lazımdır. Mübahisəli anlar var idi. 4-cü qoldan öpncə top rəqibdən çıxmışdı. Amma autu bizə qarşı verdi. Buna etiraz edirdim. Epizodlara yenidən baxmaq lazımdır.