Azərbaycan Premyer Liqasında VI tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, günün 2-ci oyununda "Qarabağ" "Sabah"ı qəbul edib.
"Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə bitib.
Görüşdə hesab 29-cu dəqiqədə açılıb. "Köhlən atlar"ın heyətində Musa Qurbanlı fərqlənib. 33-cü dəqiqədə Emmanuel Apeh bərabərlik qoluna imza atıb. 43-cü dəqiqədə "Sabah"ın müdafiəçisi Abdulaye Ba 2-ci sarı vərəqəni alaraq meydandan qovulub.
Son ölkə çempionu 2-ci yarıya daha fəal başlayıb. 51-ci dəqiqədə Elvin Cəfərquliyev növbəti dəfə rəqibi mərkəzə dəvət edib. 60-cı dəqiqədə Coy Lens Mikels paytaxt təmsilçisinin 2-ci qolunu vurub. 69-cu dəqiqədə isə Aleksey Kaşuk meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. 84 və 90+4-cü dəqiqələrdə Ramil Şeydayev penaltini dəqiq yerinə yetirib. 90+5-ci dəqiqədə "Sabah"ın baş məşqçisi Murad Musayev hakimə kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Rəqiblərindən bir oyun az keçirən "Qarabağ" xallarının sayını 15-ə yüksəldib və "Neftçi"yə çatıb. 13 xala malik "Sabah" isə 3-cü sıradadır.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" evdə "Şamaxı" ilə heç-heçə oynayıb - 1:1. Turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i 2:0, "Neftçi" səfərdə "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 2:1 hesabı ilə yenib.
11 sentyabr (bazar)
20:30.“Qarabağ” – “Sabah” - 4:3
Qollar: Musa Qurbanlı, 29 (1:0), Emannuel Apeh, 33 (1:1), Elvin Cəfərquliyev, 51 (2:1), Coy Lens Mikels, 60 (2:2), Aleksey Kaşuk, 69 (2:3), Ramil Şeydayev, 83-pen. (3:3), 90+4-pen. (4:3)
Qırmızı vərəqə: Abdulaye Ba, 43-ikinci sarı vərəqə ("Sabah")
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Kamal Umudlu
“Azersun Arena”
18:00.“Sumqayıt” – “Şamaxı” - 1:1
Qollar: Almir Aqanspahiç, 3-pen.(1:0), Bahadur Həziyev, 45 (1:1)
Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Cavanşir Yusifov, Emin Əliyev
“Kapital Bank Arena”
9 sentyabr (cümə)
“Turan Tovuz” – “Kəpəz” - 2:0
10 sentyabr (şənbə)
“Səbail” – “Zirə” - 1:2
“Qəbələ” – “Neftçi” - 1:2
Bombardirlər:
Ramil Şeydayev ("Qarabağ") - 6 qol
Coy Lens Mikels ("Sabah") - 4 qol
Musa Qurbanlı ("Qarabağ") - 3 qol
Ağabala Ramazanov ("Səbail") - 3 qol
Runi Eva ("Turan Tovuz") - 3 qol
Ataa Caber ("Neftçi") - 3 qol
Sertan Taşkın ("Zirə") - 3 qol