Artıq sabah Premyer Liqanın yeni mövsümünə start veriləcək.
Newsport.az-ın məlumatına görə, mövsümün açılış turunun ilk günündə “Neftçi” – “Kəpəz”, “Zirə” – AZAL və "Xəzər Lənkəran" - "İnter" oyunları keçiriləcək. Premyer Liqanın yayım hüququnu alan CBC TV ilk oyun günündə “Neftçi” – “Kəpəz” matçını göstərməyi planlaşdırıb.
Newsport.az-ın əldə etdiyi məlumata görə, oyunun canlı yayımlanması üçün tələb olunan Səyyar Peyk Stansiyaları artıq oyunun keçiriləcəyi “Bakcell Arena”ya gətirilib. Sabah saat 21:00-da başlanacaq matçın TV-də nümayişi üçün heç bir əngəl yoxdur. Oyunun yayımı Türkiyənin məşhur “Saran Holding” şirkəti vasitəsilə həyata keçiriləcək.