Azərbaycan Premyer Liqasında 6-cı tur davam edir.
Newsport.az-ın məlumatına görə, 2-ci oyun günündə daha iki matç keçirilib.
Əvvəlcə "Qəbələ" "Neftçi"ni qəbul edib. Oyunda hesabı meydan sahibləri açsa da, "ağ-qaralar" 2:1 hesablı əzmkar qələbə qazanıb. Xallarını 15-ə çatdıran "Neftçi" ən azı bir günlük liderliyə yüksəlib.
Günün digər görüşündə "Zirə" "Səbail"in qonağı olub. Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.
10 sentyabr (şənbə)
20:30.“Səbail” – “Zirə” - 1:2
Qollar: Dmitrios Çantakias, 5 (0:1), Ağabala Ramazanov, 12 (1:1), Sertan Taşkın, 32 (1:2)
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
Qırmızı vərəqə: Tural Bayramlı, 72-ikinci sarı vərəqə ("Səbail")
“ASCO Arena”
18:00.“Qəbələ” – “Neftçi” - 1:2
Qollar: Məqsəd İsayev, 31 (1:0), Ataa Caber, 46 (1:1), 53 (1:2)
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu