Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ötən gecə Avropa Liqasının qrup mərhələsində “Şturm” (Qrats, Avstriya) – “Midtülland” (Danimarka) matçını idarə edib.
Newsport.az xəbər verir ki, gərgin keçən qarşılaşmada Ağayev ümumilikdə 7 sarı, 1 qırmızı vərəqə göstərməli olub. Əliyar "Şturm"un 6 futbolçusuna sarı vərəqə göstərib və komandanın 1 oyunçusunu meydandan qovub. "Middülland"ın isə 1 futbolçusu sarı vərəqə ilə cəzalandırlıb.
Əliyar Ağayev görüşün 42-ci dəqiqəsində "Midtülland"ın qapısına penalti təyin edib. Lakin qapıçı Conas Losst Tomi Horvartın zərbəsini dəf edib.
Qeyd edək ki, Əliyar Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək ediblər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirib.