Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start veriləcək.
Newsport.az xəbər verir ki, açılış oyununda “Turan Tovuz” evdə “Kəpəz”lə qarşılaşacaq.
Tovuz şəhər stadionunda keçiləcək oyuna saat 16:30-da start veriləcək. Qərb derbisini Vüqar Həsənli idarə edəcək.
Hazırda Tovuz təmsilçisi 7 xalla 5-ci pillədə qərarlaşıb. Xalı olmayan Gəncə klubu isə sonuncudur.
Bu turun digər 4 matçı şənbə və bazar günləri keçiriləcək. Sentyabrın 10-da “Qəbələ” – “Neftçi” və “Səbail” – “Zirə”, 1 gün sonra isə “Sumqayıt” – “Şamaxı” və “Qarabağ” – “Sabah” oyunları baş tutacaq.
Azərbaycan Premyer Liqası
VI tur
9 sentyabr (cümə)
16:30. “Turan Tovuz” – “Kəpəz” - 2:0
Qol: Runi Eva, 39; 77 (penalti)
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Eyyub İbrahimov, Rövşən Rəcəbov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Munis Abdullayev
Tovuz şəhər stadionu.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 55. Xulu Siyanda, 17. Natan Oduva, 19. Runi Eva, 5. Ben Aziz Dao.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 22. Famil Camalov, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 12. Kamran İbrahimov, 74. Yusif Nəbiyev, 10. Əli Səmədov (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 27. Samir Məhərrəmli, 5. Peyman Keşavarzi, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 1. Müşviq Nadirov, 68. Orxan Sadıqlı, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 72. Zahid Mərdanov, 17. Ümid Səmədov, 15. Cavad Kərimov, 29. Rinat Quseinov, 78. Yeqor Xvalko, 24. Mixeil Erqemlidze, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Tərlan Əhmədov.