"Zirə" "Qarabağ"ı doğma stadionunda qəbul edə bilər

2022/2023 mövsümündə rəqiblərini “Dallğa Arena”da qəbul etməyə məcbur qalan "Zirə" evinə qayıtmağa yaxındı.

Newsport.az-ın məlumatına görə, əvvəlcə infrastrukturun yaxşılaşdırılması üçün kompleksdə təmir işləri aparılıb. Hətta ötən tur "Zirə"nin "Qəbələ"ni doğma divarlar arasında qəbul edəcəyi də gözlənilirdi. Lakin stadionun qazonu hazır olmadığından komanda rəqibini yenidən "Dalğa Arena"da qəbul edib. 

Amma yaxın vaxtlarda komandanın öz stadionuna qayıdacağı ehtimal edilir. Belə ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektivin Premyer Liqanın 7-ci turunun “Qarabağ”la görüşünü Zirə İdman Kompleksində keçirəcəyi gözlənilir. Həmin görüş sentyabrın 18-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right