Azərbaycanlı məşqçi Nazim Süleymanov fəaliyyətini Rusiyada davam etdirəcək.
Newsport.az xəbər verir ki, Süleymanov Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” klubunun 19 yaşlılardan ibarət komandasına baş məşqçi təyin olunub. O, artıq “Ximki”nin düşərgəsindədir.
Nazim Süleymanov əvvəllər “Xəzər Lənkəran”, “Neftçi”, “Olimpik Şüvəlan”, “Sumqayıt” kimi komandaların baş məşqçisi olub.
Azərbaycan millisinin keçmiş futbolçusu daha çox Rusiyanın “Alaniya” klubundakı çıxışı ilə yadda qalıb.