“İmişli” və “Zaqatala” yenə uduzdu, “Qarabağ” darmadağına sevindi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 3-cü tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.

İlk oyun “Turan Tovuz”la “Sumqayıt”ın əvəzediciləri arasında keçirilib. Bu oyunda meydan sahibləri darmadağına seviniblər. “Araz Naxçıvan” isə bu dəfə “Şamaxı”nın ikinci komandasını böyük hesabla məğlub edib. “Qəbələ” ilə “Kəpəz”in əvəzedicilərinin görüşündə də meydan sahibləri 3 xala sevinən tərəf olub.

MOİK Binə qəsəbəsində “İmişli”ni, “Qaradağ Lökbatan” isə Lökbatanda “Zaqatala”nı qəbul edib. Hər iki oyunda meydan sahibləri qələbə qazanan tərəf olub.

“Qarabağ”ın əvəzediciləri bu turda “Mingəçevir”in qonağı olub və 4 cavabsız qolla qalib gəlib. Nəhayət turun son matçında “Səbail” və “Neftçi”nin əvəzediciləri qarşılaşıb. Beş qolun qeydə alındığı bu oyunda isə qonaq komanda 3 xala sevinib.

7 sentyabr

Birinci divizion, 3-cü tur

MOİK – "İmişli" - 3:2
Qol:
 Fərmayıl Əliyev, 77. Rüstəm Rüstəmov, 84. İlham Allahverdiyev, 87 – Bayram Əliyev, 37. Elariz Xəlilli, 41.
Hakimlər: Əli Əliyev, Asiman Əzizli, Rasim Axundov, Nicat İsmayıllı
Binə qəsəbə stadionu

"Mingəçevir" – "Qarabağ-2" - 0:4
Qol:
 Seyxan Fərəcov, 23. Əşrəf Zeynallı, 38. Emil Abbasov, 63. Elvin Nəsibov, 78.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Taleh Məmmədov, Emin Əliyev
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

"Qaradağ Lökbatan" – "Zaqatala" - 5:1
Qol
: Elnur Cəfərov, 3; 44. Ceyhun Muxtarlı, 17. Raul Məmmədov, 32. Sərxan Abdullayev, 90+2-pen – Nazim Bağırov, 90.
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Şirmamed Mamedov, Kamal Umudlu
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

"Səbail-2" – "Neftçi-2" - 2:3
Qol:
 Vidadi Cəfərov, 18; 32-pen – Elton Əlibəyli, 44. Həbib İsmayılov, 50. Vüsal Əsgərov, 57.
Hakimlər: Elvin Bayramov, Elmin Süleymanov, Teymur Teymurov, İrşad Aydınov
“ASCO Arena”

N Klublar O Q H M T-F X
1 Araz Naxçıvan 3 3 0 0 13-1 9
2 Turan Tovuz-2 3 3 0 0 7-1 9
3 MOİK 3 2 1 0 5-2 7
4 Qəbələ-2 3 2 0 1 5-3 6
5 Neftçi-2 3 2 0 1 6-6 6
6 Qarabağ-2 3 1 1 1 5-5 4
7 Qaradağ Lökbatan 3 1 0 2 5-4 3
8 Səbail-2 2 1 0 1 3-3 3
9 Mingəçevir 3 1 0 2 5-7 3
10 Sumqayıt-2 2 1 0 1 1-3 3
11 Şamaxı-2 3 1 0 2 3-8 3
12 Zaqatala 3 1 0 2 3-8 3
13 Zirə-2 2 0 1 1 2-3 1
14 Kəpəz-2 3 0 1 2 3-6 1
15 İmişli 3 0 0 3 2-8 0




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right