Futbol üzrə Azərbaycan I Divizionunda III turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, "Araz Naxçıvan" doğma meydanda "Şamaxı-2"ni qəbul edib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.
Xallarını 9-a yüksəldən "Araz Naxçıvan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Şamaxı-2" isə 3 xalla 10-cu yerdədir.