"Frayburq"un baş məşqçisi: "Qarşımızda beynəlxalq təcrübəyə malik komanda var"

"Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən və beynəlxalq təcrübəyə malik komanda var".

Newsport.az-in məlumatına görə, bunu Almaniyanın "Frayburq" komandasının baş məşqçisi Kristian Ştrayx evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının G qrupunun ilk tur matçından öncə mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis görüşü səbirsizliklə gözlədiklərini bildirib: "Son illər avrokuboklarda sabit çıxış edən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right