"Qarabağ" "Trabzonspor"un forvardı ilə razılıq əldə etdi

"Qarabağ" "Trabzonspor"dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb.

Newsport.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya futbolçunun özü məlumat verib.

O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”.

Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də icarə əsasında oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunur.

​2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçir. Burada 5 il çıxış edir və 100 oyuna 27 qol vurur. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 17 oyuna 14 qol vurmağı bacarır. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right