Tuyqun Nadirov: "Polislərin bu davranışı fanatları futboldan uzaqlaşdıra bilər"

AFFA-nın Klublar Komitəsinin rəhbəri Tuyqun Nadirov "Qəbələ"nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"una qarşı oyunundan sonra yerli azarkeşlərə qarşı polis zorakılığının olmasına münasibət bildirib.  

Newsport.az-ın məlumatına görə, o, bunları söyləyib: "Polislər öz işlərini görürlər. Azərbaycanda belə problemlə üzləşməyən klub yoxdur. Belə problemləri həll etmək üçün oyunlardan öncə görüşlər keçirməliyik. Təhlükəsizlik xidmətinin əməkdaşları ilə 2-3 görüş keçirmək lazımdır. Qanunlara əməl etmək hər birimizin borcudur. Polislər də azərbaycanlıdırlar. Amma onların bu cür hərəkətləri fanatları futboldan uzaqlaşdıra bilər. Polislərə ona görə müraciət edirik ki, gəlsinlər, təhlükəsizliyə çalışsınlar. Onlar da gəlib, öz işlərini görürlər. Lakin yeni görüşlər keçirib, müzakirələr aparmaq lazımdır ki, fanatlarla polislər arasında belə problemlər yaranmasın". 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right