Azərbaycan Bosniya və Herseqovina millisinə qarşı

Bu gün qadınlardan ibarət Azərbaycan millisi DÇ-2023-ün seçmə mərhələsi çərçivəsində E qrupunda sonuncu görüşünə çıxacaq.

Newsport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv evdə Bosniya və Herseqovinanı qəbul edəcək.

20:00 Azərbaycan  - Bosniya və Herseqovina

Bakı, "Dalğa Arena" stadionu
Baş hakim: Mayka Vanderstiçel (Fransa)

Millimiz bundan qabaq Danimarka (0:8, 0:2), Monteneqro (0:2, 1:0), Malta (1:2, 2:0) yığmaları ilə qarşılaşmışdı. Bosniya və Herseqovina ilə ilk görüş isə ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right