"Şaxtyor"un futbolçusu yenidən "Sabah"da

“Sabah” Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə yarımmüdafiəçi Aleksey Kaşukun icarəsi ilə bağlı razılığa gəlib.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı futbolçu bu mövsümün sonuna kimi "Sabah"da çıxış edəcək.

Qeyd edək ki, Kaşuk 2021/22-ci illər mövsümündə də icarə əsasında “Sabah”ın uğurları üçün çalışıb. 22 yaşlı yarımmüdafiəçi ötən mövsümdə paytaxt klubunun heyətində Premyer Liqada 8 oyun keçirib, 2 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right