“Sabah”ın məğlubiyyətsiz oyunlar seriyası 10-a çatdı

“Sabah” məğlubiyyətsiz oyunlar seriyasını 10-a çatdırıb. Newsport.az xəbər verir ki, Murad Musayevin yetirmələri Misli Premyer Liqasının V turunda “Səbail”lə qarşılaşıb. Mövsümün startında ardıcıl 4 qələbə qazanan “Sabah” ilk xal itkisi ilə üzləşib – 0:0.
 
Paytaxt klubu ötən çempionatın son 5 oyununda da uduzmayıb. Sonuncu dəfə ötən mövsümün XXIII turun aprelin 16-dakı səfər görüşündə “Neftçi”yə 0:1 hesabı ilə uduzan Musayevin komandası yenilməzliyini 10-a çatdırıb.
 
Bakılılar tarixinin ən uğurlu seriyası zamanı 6 qələbə qazanıb və 4 heç-heçə edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right