19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoxlama oyunu keçirib.
Newsport.az-ın məlumatına görə, Bayıl stadionunda keçirilmiş oyun yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda hesab avtoqolla açılıb. Növbəti qolları İlkin Sadıqov və Roman Hüseynov vurub. Bu komandalar arasında avqustun 5-də keçirilmiş yoxlama oyunu yığmamızın 4:1 hesablı qələbəsi ilə başa çatmışdı.