Amaniya Kubokunda 2-ci turun püşkü atılıb.
Newsport.az xəbər verir ki, püşkdə "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Frayburq"un rəqibi bilinib.
Bundesliqa təmsilçisi bu raundda "Sankt-Pauli" ilə üz-üzə gələcək. "Sankt-Pauli" 2-ci Bundesliqada mübarizə aparır.
Kubok matçlarının tarixi hələlik açıqlanmayıb.
Qeyd edək ki, "Frayburq" Avroliqanın qrup mərhələsinin ilk turunda sentyabrın 8-də "Qarabağ"ı qəbul edəcək.