Tərlan Əhmədov: "Komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz"

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədovun Gəncədə təqdimat mərasimi keçirilib.

Newsport.az-ın məlumatına görə, Gəncə klubunun çalışdırıcısı tədbirdə bu cür danışıb:

"Gəncə Azərbaycan futboluna saysız-hesabsız futbolçular bəxş edib. “Kəpəz”in böyük ənənələri var. Biz hamımız birlikdə çalışıb bu ənənələri bərpa etməliyik. Hara gəldiyimi yaxşı başa düşürəm. Çətinlikləri bilirəm. Amma bu, bizim üçün bəhanə olmamalıdır. İşimizi görməliyik, yaxşı nəticələr qazanmalıyıq. Klub rəsmiləri, azarkeşlər, veteranlar birlikdə olmalıyıq. Mən sizə söz verirəm ki, yaxın zamanlarda komandanın oyununda, nəticələrində irəliləyişlər görəcəksiniz. Birdən-birə heç nə olmur, zaman lazımdır. Görüləcək işlərimiz həddindən artıq çoxdur. Komanda uzun müddət Premyer Liqada olmayıb. Hamı istəyir ki, Gəncədə futbol olsun, futbolçular yetişsin. Mənə verilən şansdan istifadə edib nəticələr qazanmağa çalışacağıq. Səylə işləyəcəyik. Hamımız üçün xeyirli-uğurlu olsun".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right