"Kəpəz"in yeni baş məşqçinin adının açıqlanması barədə xəbər vermişdik.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun İdarə Heyətinin üzvləri və Gəncə futbolunun İsgəndər Cavadov əsas komandanın baş məşqçisi Tərlan Əhmədov ilə görüşüblər.
Təcrübəli mütəxəssisə inam ifadə olunub, uğurlar arzulanıb, klub rəhbərliyinin daim məşqçinin yanında olduğu qeyd edilib.
Etimada görə təşəkkür edən Tərlan Əhmədov klub rəhbərliyinin, azarkeşlərin və yerli futbol veteranlarının dəstəyi ilə komandanı çətin vəziyyətdən çıxara biləcəklərini bildirib.