"Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 5-ci turunun "Zirə" ilə oyunundan sonra mətbuat konfransında iştirak edib.
Newsport.az-ın məlumatına görə, bölgə klubunun çalışdırıcısı 1:2 hesablı məğlubiyyəti şərh edib:
"Mövsümdəki ən yaxşı oyunumuzu oynadıq. İstədiyimiz daim irəlidə olmaq, düşünülmüş hücumlar qurmaqdı. Onu da komandamın ifasında meydanda görə bildim. Bu performansa görə komandama təşəkkür edirəm. Daha çox qələbəyə layiq idik. Futbolun xüsusiliyi də ondan ibarətdir ki, həmişə güclü qalib gəlmir. "Zirə"ni də təbrik edirəm, yaxşı komandadı. Öz komandama inanıram, iddiamızdan əl çəkməyəcəyik. Daha da ideal olacağıq.
O qədər qol epizodları yaradıb dəyərləndirmirsənsə, demək ki, rəqibə şans verirsən. "Zirə" 2-3 hücum etdi, onlardan ikisini dəyərləndirdi. Yenə də ruhdan düşməyəcəyik. Komandam sağlam və möhkəmdi. Bu komanda daha da artığını etməyi bacaracaq".