Tərlan Əhmədov sabah Gəncəyə gedir: Köməkçiləri də məlumdu

Yaşar Vahabzadəni istefaya göndərən "Kəpəz"in yeni baş məşqçisi dəqiqləşib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi Tərlan Əhmədovla razılıq əldə edib. 51 yaşlı mütəxəssis sabah Gəncəyə gedərək "sarı-göylər"lə müqavilə imzalayacaq.

Tərlan Əhmədovun "Kəpəz"dəki köməkçiləri də məlumdur. Belə ki, ona Gəncə klubunun keçmiş futbolçuları Vidadi Rzayevlə Ceyhun Tanrıverdiyev kömək edəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right