Futbol üzrə Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edən “Neftçi”nin start heyətində məcburi dəyişiklik edilib.
Newsport.az-ın məlumatına görə, israilli yarımmüdafiəçi Kenni Sayef isinmə hərəkətləri zamanı zədələndiyindən Vato Arveladze ilə əvəzlənib.
Hazırda görüşdə ilk hissə oynanılır və hesab açılmayıb.